Koroğlu kababı resepti

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 4 808
Səs ver:
(səs: 2)
Tərkibi:
can əti
quyruq
xırdalanmış qoz
zirinc
duz
istiot

Hazırlanması:
İlk öncə can ətini nazik tikəyə ayırın. Üzərinə streç salafan keçirib mətbəx çəkici ilə döyəcləyin. Kənarda quyruğu da döyəcləyib ətin üzərini örtəcək qədər düzün. Duz və istiot vurun. Üzərinə xırdalanmış qoz səpin və zirinc əlavə edib rulet şəklində bükün. Streç salafana bükülmüş ət ruletini 3– 4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz ət ruletini dilimləyin və kabab şişlərinə keçirin. Koroğlu kababını manqalda közərmiş kömür üzərində bişirin.

Nuş Olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri