Qaynadılmış dil delikatesi resepti

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 782
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd mal dili
1 ədəd soğan
1 ədəd dəfnə yarpağı
zövqə görə duz, istiot
bəzəmək üçün kahı
çerri pomidoru

Hazırlanması:
İlk öncə mal dilini soyuq suda 30 dəqiqə saxlayın. Daha sonra üstünü bıçaqla ehtiyyatla qaşıyın və yuyun. Bir qazanda suyu qaynadın. Yuduğunuz dili qaynayan suya yerləşdirib dəfnə yarpağı, soğan və duz töküb qaynadın. Kəfini alın və qapağını bağlayıb zəif ocaqda 2,5-3 saat bişirin (çəkisindən asılı olaraq). Onun bişməsini isə dilin son hissəsinə bıçaq batıraraq yoxlamaq olar. Həmin hissənin yumşaq olması dilin bişmiş olduğunun göstəricisidir.

Hazır qaynadılmış dili bir neçə dəqiqəlik soyuq suda saxlayın. Daha sonra səliqəli şəkildə bıçaqla dərini kəsib asan təmizləyin. Əgər dərini dildən ayırmaq çətindirsə, deməli dil hələ hazır deyil və onu yenə bişirmək lazımdır.
Ətirli mal dilini soyudun və nazik dilimləyin.
Dil ətindən hazırlanmış dilimləri boşqaba səliqəli şəkildə düzün. Üzərini kahı və çerri pomidorları ilə bəzəyib süfrəyə verin.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri