Vəsaitlər:
Günəbaxan yağı
2 parça toyuq döş əti
1 yemək qaşığı un
1 çay qaşığı qırmızı toz bibər
Yarım çay qaşığı qara bibər
1 çimdik toz keşniş
Duz
Qabıqlı dilimli kartof
Təzə kəklikotu
Hazırlanması:
Toyuğun sinə ətini incə uzun parçalar şəklində doğrayın. Un, qırmızı toz bibər, qara bibər, keşniş və duz səpib əlinizlə qarışdırın. Günəbaxan yağını tavada istilədib qabıqlı dilim kartoflarını qızardın. Həmin yağda toyuq ətlərini də qızardın. Üzərinə incə doğranmış təzə kəklik səpib servis edin.