Qaymaqlı qayıq balığı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 708
Səs ver:
(səs: 2)
Tərkibi:
təzə, yaxud dondurulmuş skumbriya
1 baş soğan
tərəvəz (gülkələm, bəyaz lobya və yaxud digər sevdiyiniz tərəvəz)
100 ml 20%-li qaymaq
şampinyon
50-70 q pendir
1-2 x.q. limon şirəsi
kərə yağı
göyərti
duz
istiot

Hazırlanması:

Balıq buzludursa, donunu açın. Belindən başlayaraq təmizləyin: başından kürək üzgəcinin bir böyrünədək iti bıçaqla kəsik atın. Sonra o biri tərəfindən də eyni cür, paralel kəsik atın. Nəticədə balığın bel sümüyü filedən aralanacaq. Qayçı ilə sümüyü baş və quyruq hissədən kəsib çıxarın.

İçini, qabırğa sümüklərini və qəlsəmələrini, qara pərdəni təmizləyin.

Xırdalanmış soğanı bitki yağında qovurun.

Xırda doğranmış göbələyi əlavə edin, hazır olanadək bişirin.

Tərəvəzləri ayrılıqda bişirin, duz, istiot vurun. Göbələklə qarışdırın. Doğranmış göyərti əlavə edib qarışdırın. Bunu skumbriyanın içinə dolduracaqsınız.

Balığın qarın hissəsini yağlanmış siniyə qoyun. Quyruğunun yanına diş çöpləri batırıb qayıq formasına salın. Duz, istiot vurun. İçinə və üstünə limon şirəsi çəkin.

Tərəvəzli içi balığın içinə doldurun. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Qaymaq tökün. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri