Kartof oladiləri resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 363
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq kartof
3 ədəd yumurta
1 ədad baş soğan
60 qr un
1 ç/q qabartma tozu
120 ml bitki yağı
duz
istiot
muskat
alma sousu

Hazırlanması:
Saytımızda adi oladi resepti ilə bölüşmüşdük.  Kartof oladisi çox dadlı və tez hazırlanan yeməklərdəndir. Bizim bəzi rayonlarda kartofu bu cür bişirmək üsulları mövcuddur.
Kartof təmizlənir və iri sürtkəcdən keçirilir.
Yumurtalar bir boşqabda çalınır. Kartofa xırda doğranmış soğan, çalınmış yumurtalar, qabartma tozu ilə qarışdırılmış un, muskat, duz və istiot əlavə edilir. 
Hamısı yaxşı qarışdırılır.
Yağ tavada qızdırılır. Əlnən oladı hazırlanır, azacıq sıxılıb suyundan təmizlənir və rəngi qızarana qədər yağda qızardılır.
Hər tərəfli şəkildəki kimi qızardılır.
Və budur! Dadlı kartof oladiləri hazırdır! Saytımızda resepti olan alma sousu ilə oladiləri isti-isti süfrəyə vermək olar.
 
Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri