Tərkibi:
Balıq filesi - 300 qram,
1 baş soğan,
2 ədəd yumurta,
1 parça boyat çörək,
Yarım dəstə keşniş,
Duz, istiot - zövqə görə
Hazırlanması:
Balıq filesini ət maşınından keçirib bir qaba boşaldırıq. Kənarda soğanı çəkib, acı suyunu sıxırıq. Sıxılmış soğanı filenin üzərinə əlavə edirik. Yumurta, çörək və doğranmış keşnişi qatdıqdan sonra əlimizlə ovuruq. File yaxşı qarışdıqdan sonra istənilən formanı verib, qaynar yağda qızardırıq.
Zövqə görə bəzəyib servis edirik.