Mini pizza resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 075
Səs ver:
(səs: 2)
Tərkibi:
Un – 3 stəkan
Qatıq – 4-5 qaşıq
Yumurta – 1 ədəd
Duz – 2 ç/q
Duru yağ – 1 stəkan
Quru maya – 1 paket

Üstü üçün:
Kolbasa-sosis
Qara zeytun
Təzə göbələk
Konservləşdirilmiş qarğıdalı dənələri
Yaşıl bibər
Holland pendiri
Tomat – 1 ç/q
Kəklikotu və duz
Pomidor – 2 ədəd

Hazırlanması:
Xəmiri yoğurun. Unutmayın ki, mini pizza xəmirində sudan qətiyyən istifadə edilmir.
Xəmiri yoğurduqdan sonra isti dəsmala büküb, bir neçə saatlıq dincə qoyun.
Bu vaxt ərzində pizzanın üstü üçün lazım olan ərzaqları doğrayın.
Sonra xəmiri şəkildə gördüyünüz boyda açın.
Mini xəmirlərin üzərinə əvvəlcə tomat sürtün, sonra sürtgəcdən keçirilmiş pomidorları kəklikotu və duz ilə qarışdıraraq əlavə edin. Sürtgəcdən keçirilmiş holland pendirini də səpdikdən sonra xəmirin üzərinə digər ərzaqları (bibər, kolbasa, sosis, qarğıdalı, qara zeytun, göbələk və s.) düzün. Ən sonda yenə holland pendirini səpin.
Mini pizzaları əvvəlcədən isidilmiş sobada 185 dərəcə temperaturda pendirlər əriyənə qədər bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 4 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri