Paştet resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 608
Səs ver:
(səs: 3)
Tərkibi:
1kq qoyun və ya mal ciyəri,
200qr otaq şəraitində əridilmiş kərə yağı,
2xörək qaşığı bitki yağı(soğanı qızartmaq üçün),
1 ədəd kök,
1 ədəd soğan,
duz
istiot.

Hazırlanması:
Ciyərləri doğrayıb qaynamağa qoyuruq, kökü təmizləyib qaynadırıq,soğanı xırda xırda doğrayıb qızardırıq. Ciyərlərimiz qaynadıqdan sonra sırası ilə ət maşınının xırda gözündən ciyəri, kökü, soğanı keçirdirik və duz istiot vurub yenidən  ət maşınından keçirdirik ki rulet kimi bükdükdə dağılmasın. Hazır kütləni kalka kağızının üzərinə bərabər yayırıq və otaq şəraitində ərinmiş yağı da bərabər hissədə üzərinə çəkirik. Rulet kimi büküb soyuducuda 2 saat saxlayiriq. Daha sonra çıxarıb kəsib süfrəyə verə bilərsiniz...

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 608
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri