Sobada tərəvəzli toyuq resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 662
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  1 saat 50 dəqiqə
Tərkibi:

1 ədəd toyuq
3-4 ədəd baş soğan
4-5 ədəd kartof
2 ədəd bolqar bibəri
6 ədəd badımcan
5 diş sarımsaq
4 ədəd pomidor
duz
istiot
razyana
keşniş toxumu
toyuq bulyonu
3-4 x/q əridilmiş yağ

Hazırlanması:
Lazım olan tərəvəzlər və ədviyyatlar hazırlanır.  
Toyuq yuyulur, qurudulur və 4 yerə kəsilir. Hissələr duzlanır, ətirli istiot və ədviyyatlar vurulur. Reseptdə 1 ç/q razyana və 1 ç/q keşniş toxumu qəhvəüyüdəndən keçirdilərək istifadə edilib.
Tavanın dibinə doğranmış soğan, üzərinə toyuq hissələri düzülür.  
Kartof yuyulur, təmizlənir və iri hissələrə doğranılır. Toyuq əti kimi, kartoflarda duzlanır və ədviyyatlarla səpilir.  
Doğranmış sarımsaq əlavə edilir. Ardınca kubik formasında doğranmış bibər və badımcan ədviyyatlarla səpilib tavaya əlavə edilir.  
Üstdən dairəvi formada doğranmış pomidor dilimləri düzülür, bir qədər sarımsaq və bir çömçətoyuq bulyonu əlavə edilir.  
Əvvəlcədən 200-220°C temperaturunda qızdırılmış sobada 1,5 saatlıq bişirilir.  
Bu müddət ərzində tərəvəzlər tam hazır olacaq və toyuq hissələri qızaracaq. Artıq isti-isti süfrəyə vermək olar.

 

 

 

 

 

 

 

 

Nuş olsun! 
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 5 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri