Bakhendl cücəsi resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 313
Səs ver:
(səs: 2)
Tərkibi: 
1 cücə
1 limon
8 x.q. un
2 yumurta
100 q narın suxarı (rəng üçün 0,5 ç.q. sarıkök və ya paprika əlavə etmək olar)
100 ml zeytun yağı
100 ml bitki yağı (qarğıdalı, yaxud günəbaxan)
qara istiot
duz
 
Hazırlanması:
Cücəni yuyub, suyunu salfetlə çəkin, doğrayın. Qanad və qabırğalarını ayıra bilərsiniz (onlardan bulyon bişirmək olar). 

Ət tikələrini duzlayıb-istiotlayın. Üzərinə limon şirəsi gəzdirib ən azı bir saat marinadda saxlayın. 

Yumurtaları çalın. Unu və narın suxarını ayrı-ayrı qablara tökün. Suxarıya paprika və ya sarıkök qata bilərsiniz.

Toyuq tikələrini əvvəlcə una, sonra yumurtaya, sonda isə suxarıya batırın. 

Tavada bitki yağını zeytun yağı ilə qarışdırın. Yağ bol olmalıdır ki, cücə yaxşı qızarsın. Əvvəl iti odda qızardın, sonra tavanın qapağını örtün, orta itilikli odda bişirin. 

Bakhendli adətən süfrəyə limon dilimləri və cəfəri ilə verirlər.

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri