Acılı quru dolma

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 406
Səs ver:
(səs: 0)
Tərkibi:
30 quru badımcan
15 quru dolmalıq bibər
12 quru balqabaq
3 litr su

Hazırlanması:
Suyu 1 çay qaşığı duzla qaynadın. Badımcanları qaynadın. Çox yumşalmasın! Çıxan isti suyu atın. Badımcanları yuyun və süzün. Təmiz başqa bir duzlu suda təkrar 1 daşam qaynadın. Yuyun və süzün. Eyni şəkildə bibərləri və balqabaqları qaynadın.

İç vəsaiti:
1250 qr dana qıyması
250 qr quzu qıyması
1 böyük soğan (kub şəklində doğranacaq)
4 diş sarımsaq(rəndələniləcək)
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1.5 su stəkanı düyü
2 yemək qaşığı nar
1 çay qaşığı sumaq
2 limon suyu
1 su stəkanı və ayrıca 2 şorba qaşığı pomidor sousu
1 yemək qaşığı bibər sousu

Hazırlanması:
Qiyməni, soğanı, sarımsağı, bir çay qaşığı duzu, qara bibəri yaxşıca yoğurun. Bir qaba nar, sumağı, bir limon suyunu, bir şirin qaşığı duzu, iki yemək qaşığı pomidor sousunu və bir yemək qaşığı bibər sousunu qoyun. Bir stəkan suyla qarışdıraraq qıymağa əlavə edin. Düyünü əlavə edin. Bu iç vəsaitiylə balqabaq, badımcan və bibəri çox olmayacaq şəkildə doldurun və uclarını buraraq bağlayın. Qazanın dibinə 2 sümük parçası yerləşdirin. Badımcanlar ən altda olacaq şəkildə dolmaları yüngülcə yan yan qazana düzün. Bir limonun suyunu və bir su stəkanı pomidor sousunu sulandıraraq üzərinə gəzdirin. Üzərinə çıxacaq qədər su əlavə edin. Orta odda bir saata qədər bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri