Qabırğa dolması

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 301
Səs ver:
(səs: 0)
Ərzaqlar:
3 kq qoyun qabırğası
1,5 su st. düyü
250 q qoyun əti
1 ç.q. bəyaz istiot
1 ç.q. qara istiot
0,5 qəhvə qaşığı darçın
1 ç.q. duz
2 soğan
0,5 su st. badam
0,5 su st. antep fıstığı
0,5 dəstə cəfəri

Qapağı bərkitmək üçün:
1,5 su st. un
1 x.q. duz
1 st su

Sous:
1,5 x.q. qatıq
1 x.q. kərə yağı
4-5 budaq rozmarin

Hazırlanması:
Düyünü duzlu suda 10-15 dəqiqə isladın.
Qabırğanın üzərini cib kimi kəsin. 1 soğanı xırda doğrayın.
Düyünü, antep fıstığını (yaxud qovrulmuş badam, dolma (şam) fıstığı), istiot, bəyaz istiot, doğranmış cəfəri, xırda doğranmış quzu ətini, azca duz, darçın əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun.
Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun.
Qazanın qapağını örtün.
Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun.
Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri