Baxş kabab

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 1 598
Səs ver:
(səs: 0)
Tərkibi:
badımcan
qaraciyər
qoyun əti
duz
qara istiot
keşniş
quyruq

Hazırlanması:

Baxş - qaraciyər və keşnişlə hazırlanan plovdur. Bu təamda isə plov yoxdur, düyünün yerini badımcan tutur.
Badımcanın saplağını kəsib içini çıxarın (qabığı bütöv qalsın, içinin də ancaq dənə olan hissəsini çıxarın ki, ətlə quyruğun şirəsini özünə çəkəcək ləti qalsın).
Suda bişmiş qaraciyəri, xırdalanmış qoyun əti və quyruğu, doğranmış keşnişi, duz-istiotu qarışdırıb badımcanların içini doldurun.
Şişə keçirib manqalda, közdə bişirin.
Şişləri beş dəqiqədən bir çevirə bilərsiniz, çünki badımcan digər tərəvəzlərdən bir az gec bişir. Baxş kababın bişməsi təxminən 30-40 dəqiqə çəkəcək.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri