Tərkibi: Qoyun əti (qoyunvə mal ətindən qiymə də olar 50:50) 500 qram Baş soğan - 200 qram Qoyun quyruğu - 100 qram Duz, istiot Sumax Lavaş
Hazırlanması: 500 qram qiyməyə 200 qram soğan olmalıdır. Bu nisbəti qözləmək lazımdır, əks halda lülə şişdə qalmır. Qiyməni yaxşi qarışdırın, 4-5 saatlıq soyuq yerdə saxlayın.
15-20 dəqiqə əvvəldən qiymə soyuducudan çixarılır və yenə yaxşı qarışdırılır. Qiymə əllə gətirilir və şişin üstünə sarılır. Lüləni sapla da bağlamaq olar. Amma süfrəyə verilməmiş sap açılır. Sap yanmır. Od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün. Sufrəyə lülə lavaşın arasında verilir. Üstünə sumax tökmək də olar.