KFC toyuq budları - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 10 919
Səs ver:
(səs: 0)
Ərzaqlar:
6 ədəd toyuq budu
2 ədəd yumurta
2 x/q süd
150 qr un
2 ç/q sarımsaq tozu
Duz, istiot
2 x/q suxarı
2 x\q yulaf lopaları
Bitki yağı

Marinad üçün
1 ç\q duz
3 x\q limon suyu
1 ç\q istiot (çili)
1 ç\q qara istiot

Hazırlanması:
Əvvəlcə marinad üçün olan ərzaqları qarışdırın.
Toyuq budlarını yuyuruq və hazrladığımız marınada batırıb, yaxşıca qarışdırırıq. Bu marinadda 1-2 saat saxlayırıq.
Qabda unun yarısı və sarımsaq tozu, duz, qara istiot, suxarı və yulaf lopalarınnı qarışdırırıq. Qalan unu başqa bir qaba qoyuruq. Yumurta və südü birlikdə çalırıq. Marinada qoyulmuş toyuq budunu əvvəlcə una batırırıq. Sonra yumurtaya , daha sonra isə unla suxarə, yulaf lopaları ilə hazırladığımız digər qarışıma batırırıq. Dərin tavada yağı (çox miqdarda) yaxşıca qızdırırıq və budları 20-25 dəqiqə ərzində yaxşıca qızardırıq. Hazır budları salfetin üzərinə qoyuruq ki, yağını çəksin.

[center]KFC toyuq budları - foto resept



















Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 10 919
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri