İçlikli toyuq filesi - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 618
Səs ver:
(səs: 0)
Ərzaqlar:
Toyuq filesi – 900 qr
Un- 100 qr
Duru yağ – 100 ml
Bərk pendir – 100 qr
Suxarı – 50 qr
Keşniş
Yumurta – 1 ədəd
Duz, istiot

Hazırlanmsaı:
Toyuq filesini yuyub suyunu çəkirik və azca döyürük. Yan tərəfindən 2-3 sm dərinliyində kəsik açırıq. Pendiri sürtgəcdən keçirib xırda doğranmış keşniş ilə qarışdırırıq və bu qarışımı toyuq filesinin içinə doldururuq. Kənarlarını diş çöpü ilə bərkidirik ki, içlik tökülməsin. Hər iki tərəfini un, duz və istiot qarışımına batırırıq. Çalınmış yumurtaya batırdıqdan sonra yaxşıca suxarıya batırırıq. Tavaya bitki yağı töküb qızardırıq və sonra sobada tam hazır olana qədər 15-20 dəqiqə 170-180C dərəcədə bişiririk.

İçlikli toyuq filesi - foto resept











Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri