Badımcan pizzası - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 4 575
Səs ver:
(səs: 1)
Lazım olan ərzaqlar:
3 ədəd pomidor
3 ədəd böyük badımcan (bostan badımcanı)
1 kiçik baş soğan
200 qr mozarella və ya digər növ holland pendiri
bitki yağı (qızartma üçün)
duz
reyhan qurusu (basilik)

Badımcan pizzası - foto resept










Hazırlanması:
Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlayın və kənarda 30 dəqiqə saxlayın.

Daha sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə qurulayıb tavada bir qədər bitki yağı qızdırın və badımcanların hər iki üzünü bir az qızardın. Tam bişirməyə ehtiyac yoxdu, çünki badımcanlar sobada da bişəcək.
Sous üçün bir kiçik soğanı soyub xırda doğrayın. Yağda qızardın. Pomidorları soyub xırda doğrayın və soğanın üzərinə əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və reyhan qurusu əlavə edin.
Soba qabını bir az yağlayıb badımcanları düzün. Üzərinə pomidorlu sousdan qoyun. Ən üstə sürtkəcdən keçirilmiş pendir töküb sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.
Süfrəyə isti halda verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri