Qadınla.com bu dəfə sizə tam fərqli, və məhşur olan Qaraçı koteletini reseptini təqdim edir.
Tərkibi: Çəkilmiş mal əti – 700 qr. Baton çörəyi – yarım ədəd Soğan – 3 baş Sarımsaq – 2 diş Pomidor – 3 ədəd Şüyüd – yarım dəstə Cəfəri – yarım dəstə Süd – 150 ml. Duz – 1 ç.q. Bitki yağı – 2 x.q.
Hazırlanması: Baton çörəyini əlimizlə xırdalayırıq, süddə isladırıq. Blenderin qabına sarımsaq, soğan, çörək və duz tökülür, həll edilir. Pomidorların qabığı soyulur, şirəsi sıxılır. Sıxılmış pomidor doğranılır, üzərinə xırdalanmış göyərti əlavə edilir. Sonra farş, blenderdəki ərzaqlar da pomidorlu qarışığın üzərinə tökülür və yaxşıca qarışdırılır. Kütləni kotlet formasına salırıq, yağlanmış listə düzürük və 220 dərəcədə 30 dəqiqə bişirik.