Tərkibi: 120 qr noxud 30 qr limon şirəsi 2 diş sarımsaq 70 qr küncüt 60 qr zeytun yağı 1 ədəd xiyar 1 ədəd yerkökü 1 ədəd Bolqar bibəri 1 budaq kərəviz
Hazırlanması: Ərzaqları hazırlayırıq. İlk olaraq isə, gecədən noxudu suda isladıb səhər onu qaynatmaq lazımdır. Onun suyunu isə bulyon əvəzi saxlayırıq, çünki növbəti addımlarda bizə lazım olacaq.
Noxudun üzərinə limon şirəsi, sarımsaq, duz, küncüt, zeytun yağı və bulyon (100-120 qr) əlavə edib blenderdən keçiririk.
Daha sonra uzunsov şəkildə doğradığımız xiyar, yerkökü və bolqar bibərlərini qarışım üzərinə batırırıq. Fərqli bir dad əldə edəcəyinizə şübhıniz olmasın!