Tərkibi: 2 ədəd avokado 2 yemək qaşığı krem pendir 1 yemək qaşığı ricotta pendiri Kiçik bir parça qırmızı soğan (İncə qıyılmış) 15 damcı limonun suyu Duz, istiot rəndə parmesan pendiri Zeytun yağı
Hazırlanması: Avokadonu ikiyə kəsin, qabıqlarını soyun. Yanmaz tavada kəsik yerləri altda qalacaq şəkildə 5 dəqiqə orta odda qızardın, çevirməyin, sadəcə, bir üzü qızarsın. Avokadolarla birlikdə ricotta pendirini, limon suyunu blender-dən keçirin. Bir qaba alıb soğan, duz, istiot və krem pendiri əlavə edin. Qarışdırıb servis qabına alın. Üzərinə parmesan pendiri rəndəsi səpib süfrəyə verin.