Tərkibi:
300 qr göbələk
2 ədəd pomidor
1 ədəd təzə soğan (incə dilimlənmiş)
1 ədəd közlənmiş, qırmızı dolmalıq bibər (incə doğranmış)
1 ədəd közlənmiş yaşıl dolmalıq bibər (incə doğranmış)
2 ədət sivri bibər
Yarım dəstə keşniş (incə doğranmış)
Zeytunyağı-sirkə və ya limon
Duz, istiot
Hazırlanması:
1. Göbələkləri limonlu suda qaynadın.
2. Qurulayıb istəsəniz dilimləyin, ya da dördə bölün.
3. Digər bütün ərzaqlar ilə qarışdırın.
4. Zeytun yağı, sirkə və ya limon suyu ilə duzunu, istiotunu əlavə edib qarışdırın.