300 qram Brüksel kələmi
2 ədəd yumurta
1 ədəd quru soğan (kiçik boy)
Yarım limon suyu
2 yemək qaşığı zeytunyağı
2 ədəd xiyar turşusu
Duz, Bibər
Hazırlanması:
Brüksel kələmlərini bol suda yuyun və içi su dolu bir qazana alın qaynatmağa başlayın. Qaynayınca duz əlavə edin və Brüksel kələmləri yüngülcə yumşalana qədər bişirin. Yumurtaları qaynadın. Brüksel kələmlərini süzərək soyuq sudan keçirin və xidmət qabına alın. Quru soğanı incə halqalar halında doğrayıb yüngülcə duzlayıb qaba əlavə edin. Qaynadılmış yumurtaların hər birini dördə bölərək qaba yerləşdirin. 2 ədəd xiyar turşusunu incə-incə doğrayaq aralara səpin.Yarım Limon suyu ilə 2 yemək qaşığı zeytun yağıyla sous hazırlayıb salatın üzərinə gəzdirin. Yumurtaların üzərinə az miqdar duz və acı istiot əlavə edin. Salatınız xidmətə hazırdır.
Nuş Olsun!
Tərcümə etdi: SeSSiZ-SuNaMi