200 q pomidor
200 q xiyar
200 q bolqar bibəri
200 q Feta pendiri (yaxud brınza)
10-15 dənəsiz qara zeytun (ya da yaşıl)
göyərti - zövqə görə
3 x.q. bitki yağı
2 x.q. limon şirəsi
duz
istiot
Pomidorları kubik doğrayın.
Xiyarı jülyen doğrayın.Bibərin toxumunu təmizləyin, jülyen doğrayın.Yağ və limon şirəsini qarışdırın, duz, istiot vurun.Pomidor, xiyar və bibəri qarışdırın.Sousu əlavə edib qarışdırın. Göyərtini xırda doğrayın.Fetanı çəngəllə əzin. Göyərti əlavə edib qarışdırın.Balaca kündələr tutun.Ortasına zeytun qoyun. Yumrulayın. Boşqaba salatı qoyun, üstünə pendir toplarını düzün.