Tərkibi:
Toyuq filesi – 1 ədəd
Qoz – 80 qr
Bərk pendir – 180 qr
Çuğundur – 1 ədəd
Nar – 1 ədəd
Yumurta – 5 ədəd
Mayonez – 200 qr
Duz-istiot
Hazırlanması:
Toyuq filesini azca duz vurulmuş suda qaynadırıq, sonra xırda kub formasında doğrayırıq.
Soğanı da xırda-xırda doğrayıb, bitki yağında qızardırıq. Yumurtaları qaynatdıqdan sonra sürtgəcdən keçiririk.
Pendir də sürtgəcdən keçirilir. Çuğunduru qaynadıb, qabığını soyuruq və sürtgəcdən keçiririk. Narı dənələyirik.
Sonra ürək formasından istifadə edərək, bu ardıcıllıqla salatımızı hazırlayırıq:
1-ci lay – toyuq filesi;
2-ci lay – qızardılmış soğan + mayonez;
3-cü lay – yumurta + düz;
4-cü lay – pendir;
5-ci lay – qoz + mayonez;
6-cı lay – çuğundur, mayonez;
7-ci lay – nar dənələri