Tərkibi:
300-400 q ət
6 yumurta
1 baş soğan
200 q bərk pendir
1 diş sarımsaq
mayonez
qara istiot
duz
limon şirəsi
bitki yağı (qovurmaq üçün)
Hazırlanması:
Əti yuyun, saman kimi doğrayıb bitki yağında qovurun. Duz və istiot vurun.
Soğanı
təmizləyin, yuyun, yarımhalqa doğrayın. Üstünə qaynar su töküb 5 dəqiqə
saxlayın. Sonra suyu süzün, soğanın üstünə limon şirəsi gəzdirin.
Yumurtaları
suda bişirin, təmizləyib uzunasına iki yerə bölün. Sarılarını çıxarıb
çəngəllə əzin. Buraya əzilmiş sarımsaq, istiot və mayonez əlavə edin,
qarışdırın.
Sonra bu qarışığı yumurta ağlarının içinə doldurun.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Salatı lay-lay yığın:
1-ci lay: ət
2-ci lay: soğan
3-cü lay: mayonez
4-cü lay: yumurtalar (hamar, yastı hissələri üzü aşağı olmaqla)
5-ci lay: mayonez
6-cı lay: pendir.