Tərkibi:
Zövqə uyğun olaraq hər hansı salat növü
Bulka
Göy soğan, yaxud tərxun
Kolbasa
Duzlu çöp
Hazırlanması:
Bulkanın
üstünü kəsib götürün. Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan
azca balaca olmalıdır. Kolbasanı bulkanın ortasına yerləşdirin.
Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa
dilimi ortada qalacaq. Beləliklə, "səbətin” içini salat ilə dolduranda
bulka islanmayacaq. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi
də qoya bilərsiniz.
Göy
soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə
keçirməklə səbət toxuyun. Hazır olandan sonra içini salatla doldurun.