Tərkibi: 2 hisə verilmiş toyuq budu 5 yumurta 500 q şampinyon 2 baş soğan 3 duzlu xiyar koreya üsulu yerkökü Hazırlanması: Yumurtaları bişirib soyudun, xırda doğrayın. Göbələk və soğanı xırda doğrayın, ayrı-ayrılıqda bitki yağında qovurun. Aralarına mayonez çəkməklə lay-lay düzün:
hisə verilmiş toyuq əti + göbələk + soğan + yumurta + duzlu xiyar + koreya üsulu yerkökü
Bu salatı adətən izabella sortundan olan üzüm və bir budaq şüyüdlə bəzəyirlər (elə adı da buradan götürülüb). Amma üzüm yoxdursa, onu qara zeytunla əvəzləyə bilərsiniz.