2 porsiya Tərkibi: 2 ədəd hisə verilmiş toyuq budu 50 qram kərəviz kökü 1 ədəd şirin qırmızı bibər 1 ədəd alma 2 ədəd soğan 100 ml qram sirkə 1 ədəd kök 100 qram qara gavalı 50 qram qoz 100 ml qram mayonez və xama
Hazırlanması: Toyuq budunun dərisi soyulur, uzun şəkildə doğranılır. Kərəvəz sürtgəcdən keçirilir. Bibər və soğan uzun şəkildə doğranılır. Kök bişirilir,sürtgəcin iri gözündən keçirilir. Alma sürtgəcdən keçirilir. Soğanın üzərinə sirkə əlavə edilir, 30 dəqiqə gözlədikdən sonra duz,mayonez,xama ilə qarışdırılır. Boşqaba toyuq əti düzülür,üzərinə mayonezli xama çəkilir. Sonra üzərinə kərəvəz, alma, soğan, bibər və kök əlavə edilir. Yenidən mayonezli xama çəkilir. Sonda üzərinə qoz və gavalı səpilir.