Paxlava resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 571
Səs ver:
(səs: 1)
Tərkibi:
1 kq un,
250 qr yağ,
3 ədəd yumurta,
200 qr xama,
süd (apardığı qədər),
1 x.q. maya,
duz

İçlik üçün:
800 qr qoz ləpəsi,
800 qr şəkər tozu,
hil

Şərbət üçün:
2 st şəkər tozu,
1 st su

Arası üçün:
500 qr yağ

Üzəri üçün:
yumurta sarısı,
qoz ləpəsi

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş ərzaqları bir qaba əlavə edərək yumuşaq, ələ yapışmayan xəmir yoğurururq. Acıması üçün 1 saat isti yerdə saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün ləpəni çəkib, üzərinə şəkər tozu və hil əlavə edərək, qarışdırırıq.

Hazır olduqdan sonra xəmirdən bərabər ölçülü kündələr tuturuq. Kündələri yayıb, üzərinə yağ çəkib, içlik səpirik. Bütün kündələri bu qayda ilə üst-üstə yığırıq. Ən üst qata yağ və içlik əvəzinə yumurta sarısını çəkirik. Paxlavaların tam mərkəzinə qoz ləpəsi yerləşdiririk.

Şərbət üçün su və şəkər tozunu bir qazana töküb, qaynadırıq. Paxlavanı sobaya qoymamışdan əvvəl şərbəti hazırlamaq lazımdır ki, bişənə kimi soyusun.

Son olaraq paxlavamızın üzərində ərinmiş kərə yağı gəzdirib, 180 dərəcə qızdırılmış sobada üzü qızarana qədər bişiririk. Çıxardıb, kəsiklərinin üzərindən yenidən keçirik. Bişdikdən sonra şərbətini tökürük.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri