Qaymaqlı peçenye RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 481
Səs ver:
(səs: 1)
Peçenye xəmiri üçün lazım olanlar:
1 yumurta
1,5 stəkan un (240 qr)
Yarım stəkan kakao (60 qr)
1 çay qaşığı soda (5 qr)
1 stəkan pudra şəkəri (160 qr)
Yarım stəkan şəkər tozu (100 qr)
1 stəkan kərə yağı (180 qr) otaq temperaturunda

İstəyə görə vanil, darçın qatmaq olar

Bütün ərzaqları qarışdıraraq xəmir halına gətirməlisiniz. Asan olması üçün əvvəlcə şəkər tozu, kərə yağı, yumurtanı bir-birinə qarışdıraraq yumşaldın ki, quru ərzaqları qatdığınızda asan toplanıb xəmir halına gəlsin.

Xəmiri oxlovla peçenye qalınlığında yayaraq, şəkilli qəliblərlə kəsin və soba qabına düzün. Biskvitlərin bişmə müddəti 180 dərəcədə 10 dəqiqədir.

Arasındakı qaymaq üçün:
Yarım stəkan şəkər tozu
Yarım stəkan kərə yağı
Yarım stəkan ağ şokolad

Şəkər tozu və kərə yağını mikserlə qarışdıraraq krem halına gətirin. Ağ şokoladı benmari üsulu əritmək üçün bir qaba qoyun və altına da içi qaynar su dolu başqa bir qab qoyaraq əridin. Yaxşıca əridiyində kərə yağı və şəkər qarışımı ilə qarışdıraraq qaymağı tamamlayın. Sıxma torbasına doldurduğunuz qaymağı peçenyenin üzərinə sıxın, sonra üstünə başqa peçenye qoyub yapışdırın.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri