+++++++++++Almalı Qozlu Peçenye.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 10 586
Səs ver:
(səs: 0)
Vəsaitlər :
1 ədət yumurta.
125 g kərəyağı (otaq istiliyində).
Yarım su stəkanı qatıq.
Yarım su stəkanı pudra şəkəri.
1 paket qabartma tozu.
1 paket vanil.
Un (təxminən 2,5 su stəkan)
.
İçi üçün:
3 ədəd orta boy alma.
1 yemək qaşığı darçın.
3 yemək qaşığı şəkər tozu.
3 yemək qaşığı qoz.

Üzəri üçün:
Pudra şəkəri.

Hazırlanması :
Almanı soyun və rəndələyin. Teflon tava götürərək üzərinə şəkəri əlavə edin. Almalar yumşalana qədər bişirin. Darçın və qozu da əlavə edərək qarışdırın.Daha sonra isə ocaqdan alın. Alma  soyuyarkən digər tərəfdən xəmiri hazırlayın.Xəmir üçün lazım olan vəsaitləri yoğuracağınız qaba əlavə edin və xəmiri hazırlayın. İkiyə böldüyünüz xəmiri un köməyi ilə incə bir şəkildə təxminən 3 mm qalınlığında açın, çay stəkanı ilə ya da istədiyiniz bir yumru qəlib ilə xəmirdən dairələr kəsin. Bir dairənin ortasına iç vəsaiti qoyaraq üzərini başqa bir dairə xəmir ilə bağlanın. Kənarlarına yüngülcə əlinizlə basdırın və çəngəl ilə şəkil verin. Üzərinə bıçaq ilə müsbət şəklində kəsiklər edin. Bütün xəmir bitənə qədər bu əməliyyatı təkrarlayın. Yağlı kağız sərdiyiniz soba nimçəsinə şəkil verdiyiniz xəmirləri  180 °C dərəcədə istilətdiyiniz sobada peçenyelər  yüngül çəhrayılaşana qədər bişirin.Soyuduqdan sonra üzərinə pudra şəkəri səpin. Nuş olsun:)


Tərcümə etdi:Balamın Balasıyam
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 10 586
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri