Lazımlı vəsaitlər:
110 qram kərəyağı
400 qram böyük marshmallow
Konfet şəkərləri - rəngli şəkərlər
1,5 stəkan duzsuz fıstıq, istəyə bağlı
Partlamış qarğıdalı (popkorn) (6 stəkana qədər)
Hazırlanması:
Marşmelovlar kərəyağı ilə birlikdə bir sous qazanında və ya mikrodalğalı sobada əridilir. Yaxşıca qarışdırılır.
Ərimiş marşmelovlarla partlamış popkorn, istəyə görə fıstıq və bir miqdar rəngli konfet qarışdırılır. Rəngli konfetlərdən bir miqdar ayrıca saxlanılır.
Keks qabı yağlanır və ən alt yerinə ayırmış olduğunuz rəngli konfetlər yerləşdirilir.
Şəkərlərin üstünə popkorn qarışığı qoyulur və keks qabının şəklini alması üçün möhkəmcə basdırılır.
Ən az bir iki saat qabda gözlədilir. Sonrasında qabdan çıxarılır və xidmət edilir.