Tərkibi:
500 q kəsmik
150 q pendir
100 q şirin bibər
2 yumurta
3-4 x.q. un
şüyüd
duz
ədviyyat - zövqə görə
narın suxarı
2 x.q. bitki yağı
Hazırlanması:
Kəsmiyi çəngəllə əzin ki, içində lopa qalmasın. İçinə yumurta qırın, un, duz, ədviyyat əlavə edib qarışdırın.
Pendiri barmaq kimi, şirin bibəri saman kimi doğrayın. Şüyüdü yuyub suyunu süzün. Kəsmikli xəmiri perqamentin, yaxud qida plyonkasının üstünə dördbucaqlı şəkildə yayın. Üstünə sıra ilə pendir, bibər və şüyüdü düzün.