Kakaolu və vanilli çörək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 724
Səs ver:
(səs: 4)
Tərkibi:
500 qr. un
125 qr. şəkər
1 yumurta
180 ml. ​​ilıq süd
75 qr. kərə yağı
10 qr. instant maya
duz
 
Kakaolu qarışıq üçün:
45 qr. yumurta ağı
30 qr. un
60 qr. toz şəkər
120 ml. süd
30 qr. kakao
15 qr. kərə yağı

Hazırlanması:
Un, duz, şəkər və mayanı yoğurma qabına alaraq qarışdırın. Süd, yumurta və kərəyağını əlavə edərək 10 dəqiqə yoğurun. üzərini örtün 1 saat saxlayın xəmir qabarsın.
 
Kakaolu qarışıq üçün. Yumurta ağı, şəkər və unu mikserlə rəngi açılana qədər çalın. Südü isidib kakaoyu əlavə edin, qarışdırın və bu kakaolu südü yumurta ağı qarışığına əlavə edib sürətlicə qarışdırın. Bir neçə dəqiqə bişirin. Kərəyağını əlavə edib ocaqdan alın. Otaq istiliyinə gəldikdən sonra soyuducunda 45 dəqiqə gözlədin soğusun.
 
Ağ xəmiri unlanmış zəmində oxlovla uzunlamasına açın. Kakaolu xəmiri tam ortasına yerləşdirin və iki ucundan qatlayın. Xəmiri 90 dərəcə çevirərək oxlovla uzun açın. Kakaolu lay şəffaf olaraq görünənə qədər xəmiri nazildərək düzbucaqlı şəklində açın. 1 sm qalınlığında lentlər halında kəsin  və hər bir parçanı rulo şəklində sarın. yağlanmış soba listinə aralı-aralı düzün və üzərini örtərək 1 saat kənara qoyun. Sonra 180 dərəcədə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.
Nuş olsun.


 


(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri