Üçqulaq paxlava

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 5 147
Səs ver:
(səs: 1)
Xəmir üçün:
Un
Duz
Su
 
İç üçün:
Qoz
Şəkər tozu

Qızartmaq üçün:

Ərinmiş kərə yağı
 
Hazırlanması:
 
Qozu maşından keçirin, şəkər tozu qatın.
Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın.
Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox). 
Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.
Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın. 
İç qoyub xəmirin qırağını sıxın. 
Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun.
Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin. 
Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın. 
Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda bir neçə gün saxlaya bilərsiniz.
Qonaq gəldi - tezcə hazırlayıb isti-isti süfrəyə vermək olar. 
Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri