Tərkibi:
1,5 su stəkanı un
1 yumurta
1 parça qənd
1 çay qaşığı duz
1 çay qaşığı quru maya
1 fincan ilıq su
2 su stəkanı şəkər tozu
1,5 su stəkanı su
1,5 limon suyu
Hazırlanması:
Duzu və yumurtanı yaxşıca qarışdırın. Sonra bu qarışığı una qatın və mayanı əlavə edib, yoğurun.
Xəmiri bir saat isti otaqda saxlayın. Loxma şirniyyatını qızartmaq üçün bol yağ lazımdır.
Bu qarışığa qaşıqla şəkil verərək qızdırılmış yağa sonra isə soyuq şərbətə isti loxmaları salaq.
Şirniyyatımız hazırdır.