Tərkibi:
20 dənə quru əncir,
Iri halda döyülmüş qoz,
1 stəkan su,
3 yemək qaşığı şəkər,
2 yemək qaşığı duru yağ,
Üzərinə:
Qaymaq,
Hazırlanması:
Əncirləri 1 saata qədər ilıq suda saxlayın.
Sonra üst hissələrinin içini döyülmüş qozla doldurun.
Doldurulan əncirləri qazana düzərək üzərinə 1 su stəkanı şəkərli su və duru yağ gəzdirin.
Vam odda suyunu çəkənə qədər bişirin.
Qaymaq və qozla birlikdə servis edin.