Tərkibi:
1 çay stəkanı duru yağ,
1 çay stəkanı pudra şəkəri ,
1 yumurta,
1 çay qaşığı qabartma tozu,
1 az toz maya ,
Aldığı qədər un,
Qızartmaq üçün:
Duru yağ,
Hazırlanması:
Xəmir üçün bütün ərzaqları bir qaba alıb yoğurun. Xəmirdən qoz böyüklüyündə kündələr ayırın.
Dəzgah üzərində oval şəkli verin.
Qızğın yağda qızardın.
Üzərinə şəkər səpin.
İsti və soyuq halda çay süfrəsinə verə bilərsiniz.