Oladi resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 776
Səs ver:
(səs: 6)
Hazırlanma vaxtı:  25 dəqiqə
Tərkibi:

500 ml inək südü
1 stəkan un
2 əd yumurta
2 x/q şəkər tozu
yarım ç/q duz
yarım ç/q soda
günəbaxan yağ (qızartmaq üçün)

Hazırlanması:
1. Dərin boşqabda yumurtalar çəngəl ilə çalınır.

2. Süd əlavə edilib qarışdırılır.

3. Növbəti addımda soda əlavə edilir, sonra duz və şəkər tozu. Hamısı yaxşıca qarışdırılır.

4. Un əlavə edilir və yüngülcə qarışdırılır (xama qatılığında məhlul alınana qədər)

5. Qab salfetka ilə örtülüb 10-15 dəqiqəlik isti yerə qoyulur.

6. Tava yaxşıca qızdıqdan sonra istilik orta dərəcəyə qoyulur. Tavaya təqribən 2 x/q bitki yağı əlavə edilib oladi qızardılır. Xəmir tavaya xörək qaşığı ilə qoyulur.

7. Oladi hər iki tərəfdən qızaranadək qızardılır.

8. Süfrəyə oladi isti olaraq, yanında xama, mürəbbə və ya bal ilə verilir.

 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 7 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri