Tərkibi:
2 st. tort üçün un
2 ç.q. qabartma tozu
0,5 ç.q. duz
4 iri yumurta
2 x.q. şəkər tozu
0,5 ç.q. vanil
55 q kərə yağı
2 st. süd
4-6 əd. təzə çiyələk
2 ç.q. xaş-xaş
Hazırlanması:
Vafli aparatını qızdırın.
Un, duz və qabartma tozunu birlikdə ələyin. Bir kənara qoyun.
Yumurtanın
ağını sarısından ayırın. Yumurta sarısını taxta qaşığın vasitəsilə
şəkər tozuyla çalın. Vanil, kərə yağı, süd əlavə edin, qarışdırın. Un
əlavə edib yüngülcə qarışdırın. Yumurta ağını mikserlə çalın. Digər
qarışığa əlavə edib taxta qaşıqla səliqə ilə qarışdırın. Xaş-xaş əlavə
edin, qarışdırın.
Çiyələyi xəmirə əlavə edib qarışdırın.
Xəmiri qızdırılıb yağlanmış vafli aparatına boşaldın. Qapağını örtüb 3 dəqiqə, yaxud qızılı rəng alanadək bişirin.