Tərkibi:
1 yumurta
125 g. marqarin və ya kərəyağı (yumşalmış)
1 su stəkanı pudra şəkəri
25-30 ədəd qoz içi
1 paket qabartma tozu
1 paket vanil
2,5 - 3 su stəkanı un
Hazırlanması:
Yumşalmış marqarin ilə pudra şəkərini yaxşıca əzin.
Üzərinə yumurta, vanil, un və qabartma tozunu əlavə edib xəmir edin.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb yumrulayın və üzərlərinə bir qoz qoyun.
175 dərəcə isidilmiş sobada çəhrayılaşana qədər bişirin.