Yumurtasız şokoladlı kekslər

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 075
Səs ver:
(səs: 0)
Tərkibi (8 pay):
375 q un
400 q şəkər tozu
60 q kakao tozu
14 q qabartma tozu
6 q duz
10 ml alma sirkəsi
20 ml vanil cövhəri
240 ml qoxusuz bitki yağı
475 ml soyuq su, yaxud qəhvə (dəmləmə)

Hazırlanması:

İri qabda bütün quru ərzağı (un, şəkər tozu, kakao, qabartma tozu və duzu) qarışdırın.
Bu qarışıqda 3 çala açın: biri iri, ikisi balaca. Balaca çalalardan birinə vanil cövhəri, o birinə alma sirkəsi, iri çalaya yağı tökün.
Hamısının üstünə soyuq su (yaxud qəhvə) töküb intensiv qarışdırın.
Formaları bitki yağı ilə yağlayın. 3/4-ü qədər xəmir doldurun. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Soyuyandan sonra formadan çıxarıb üzərinə şəkər pudrası səpin.

Yumurtasız şokoladlı kekslər



















Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri