Tərkibi: 3 yumurta 1 su stəkanı şəkər tozu 1 su stəkanı süd 1 su stəkanı duru yağ 1 yarım su stəkanı mannı 1 yarım su stəkanı un (istifadə su stəkanı ölçüsü: 200 ml.) 1 paket vanel (5 qram) 1 paket qabartma tozu (10 qram)
Şərbəti üçün : 3 su stəkanı süd (600 ml.) 1 su stəkanı şəkər tozu
Hazırlanması : Südlü rəvani etmək üçün, ilk növbədə şərbəti üçün lazımlı olan süd və şəkər tozunu qazana qoyulur. Qazın üzərində şəkər əriyənə qədər qarışdıraraq qızdırılır və hazırlanan şərbəti qazdan alınaraq soyumağa buraxırıq.
Rəvani xəmiri üçün lazımlı olan yumurtalar və şəkər tozu, dərin bir qab içərisinə alırıq və mikser köməyi ilə köpürənə qədər çırpılır. Üzərinə duru yağ ilə süd əlavə edilib təkrar çırpılır. Son olaraq mannı, vanil, qabartma tozu və un əlavə edilib çırpılır.
Hazırlanan rəvani xəmiri yağlanmış böyük boy yumru tava içərisinə boşaldılır. (eyni ölçüdə düzbucaqlı və ya kvadrat borca da istifadə edə bilərsiniz). Əvvəldən isidilmiş 180 ° peçdə üzəri qızarana qədər bişirilir. Bişirilən rəvani peçdən alınar və soyuması üçün 15 dəqiqə qədər otaq istiliyində gözlədilər. Daha sonra ilıq olan rəvanım üzərinə soyuq şərbət tökülür və şərbətini çəkənə qədər gözlənilir.
Şərbətini tamamilə çəkib soyuyan südlü rəvani, daha sonra bıçaq köməyi ilə dilimlenir. Üzərini zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.