Yolka tortu

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 4 180
Səs ver:
(səs: 0)
Tərkibi:
10 yumurta
2 st şəkər tozu 2 st un
1 çay qaşığı soda
1 paket vanil


Yolka tortu


Kremi üçün:
1 banka qatılaşdırılmış süd
200 qr kərə yağı
1 st süd
1 paket krem şanti




Bəzəyi üçün:
Yaşıl qida boyası
Rəngli bonibonlar
Zər




Hazırlanması:
İlk olaraq yumurtalar bir qaba sındırılır, mikserlə çalınır. Tam köpükləyənə yaxın şəkər tozu əlavə olunur. Yenə mikserlə uzun müddət çalınır, bu zaman onun kütləsi 2 dəfə artmalıdır. Tam ağarandan sonra mikseri dayandırıb unu vanili və sodanı vurub qaşıqla qarışdırırıq. Hazır xəmiri yağlanıb unlanmış böyük soba qabına yayırıq. Biskvitimizi bişiririk. Soyuyandan sonra bir-birinə yaxın ölçülərdə dairələr kəsirik. Biskvitimizin soyumasını gözləyənədək kremi hazırlayırıq. Kərə yağı ilə qatılaşdırılmış südü, krem şanti ilə adi südü mikserlə çalıb 2 ayrı krem əldə edirik. Sonra kasdiyimiz dairələri yağlı kremlə kremləyərək böyükdən kiçiyə üst-üstə yığırıq və yerlərini sabitləyirik. Üzərini isə yaşıl rəng qatılmış şanti kremlə istədiyimiz formada bəzəyirik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri