Hazırlanması: Qarğıdalı çöplərini ovuntuq halına salın. Bir qismini kənara qoyun (bəzək üçün). Ovuntuya qatılaşdırılmış süd, kərə yağı qatıb qarışdırın. Alınan kütlədən balaca kündələr tutun, içinə bütöv badam və ya fındıq qoyun. Hər kündəni kənara qoyduğunuz qarğıdalı ovuntuğuna batırıb qəşəng bir qaba düzün. Sukatdan "cücələr"ə dimdik, pipik, kişmişdən göz, qozdan isə qanad düzəldin.