Asan hazırlanan banan piroqu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 10 656
Səs ver:
(səs: 3)
Tərkibi:
2 yetişmiş banan
2-4 x.q. süd
110 q adi yoqurt (yaxud qatıq)
350 q un
40 q şəkər tozu
2 ç.q. qabartma tozu
0,5 ç.q. duz
1 ç.q. darçın
60 q kərə yağı
0,5 st. qoz

qlazur:
30 q duzlu kərə yağı
30 q süd
60 q qəhvəyi şəkər tozu
1/4 ç.q. vanil
60-120 şəkər pudrası

Hazırlanması:

Bananı əzib püre halına salın, südlə yoqurtu əlavə edib qarışdırın.

Unu şəkər tozu, qabartma tozu, duz və darçınla qarışdırın. Yağı kubik doğrayın, çəngəllə un qarışığının içində əzin.

Bananlı qarışığı un-yağ qarışığına əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın. Xırdalanmış qoz əlavə edin, yoğurun, soyuducuda 30 dəqiqə saxlayın.

Sobanı 165 dərəcə qızdırın. Xəmiri formaya qoyub doğrayın.

25-30 dəqiqə, qızılı-qəhvəyi rəng alanadək bişirin. Soyudun, sonra kəsdiyiniz yerlərdən bir də iti bıçaqla keçin.
Qlazur: yağla südü mikrodalğalı sobada 30 saniyə əridin, qəhvəyi şəkərlə vanil, adi şəkər tozu əlavə edib bir daha mikrodalğalı sobada 30 saniyə əridin. Şəkər tozu tam əriməlidir. Şəkər pudrası səpib yaxşıca qarışdırın. Qlazur qatı olmalıdır.

Qlazuru bananlı çörəyin üzərinə çəkin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 10 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri