Çiyələkli rulet RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 183
Səs ver:
(səs: 2)
TƏRKİBİ:
1 çay stəkanı şəkər
2 yemək qaşığı kakao
3 ədəd yumurta
3 yemək qaşığı un
Yarım çay stəkanı su
1 paket qabartma tozu
1 paket vanil

KREM ÜÇÜN:
1 çay stəkanı toz şəkər
1 yemək qaşığı un
1,5 su stəkanı süd
1 yemək qaşığı nişasta
2 yemək qaşığı köpükləndirilmiş krem şanti
1 paket vanil

İÇLİK ÜÇÜN:
1 kasa çilek

HAZIRLANMASI:
Bir qabın içinə yumurta ilə şəkəri alıb yaxşıca qarışdırın. Soyuq su əlavə edib, yenidən qarışdırın. Sonra un, qabartma tozu, vanil, kakao əlavə edib qarışdırmağa davam edin. Soba xonçasına yağlı kağız sərib, əldə edilən xəmiri boşqaba tökün. 180 dərəcə temperaturda sobaya verin. Krem hazırlığı üçün qazan içinə südlə birlikdə un, vanil, şəkər, nişasta alıb, qarışdıraraq bişirin. Krem bişəndən sonra altını söndürüb soyumağa buraxın. Bişən keksi sobadan alıb soyuması üçün kənara alın. Soyuyan krem içinə köpükləndirilmiş krem şantiyi əlavə edib mikser keçirin. Üzəri üçün bir miqdar krem ayırıb qalanını keksin üzərinə tökün və üzərinə çiyələk səpin. Sonra keksi rulon şəklində sarıb, ayrılan kremi tökün və ətrafını düzəldin. Son olaraq üzərini çiyələklə istədiyiniz kimi bəzəyin.Çiyələkli soyuducuda bir neçə saat gözlətdikdən sonra servisə hazır hala gəlir.

NUŞ OLSUN!
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri