Ərzaqlar Biskvit üçün 4 yumurta 100 qram şəkər 20 qram kakao tozu 1 paket qabartma tozu 100 qram un İçlik 600 qram çiyələk 250 qram 33 %-li qaymaq 1 paket vanil 1 su stəkanı cem
Hazırlanması Yumurtanı şəkərlə mikserlə çalın. Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın. 30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin. 3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün. Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun. Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun. Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın. Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün. Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.