Bvlgari zərgərlik evi yeni Giardini Italiani yüksək zərgərlik incəsənəti kolleksiyasını buraxıb. Kolleksiya İntibah dövrünün bağ-park ansambllarından ilhamlanaraq hazırlanıb.
Bvlgari yüksək zərgərlik incəsənəti əsərləri təbiət və incəsənət arasında əbədi dialoqda yaradılıb. Kolleksiyada mərkəzi bəzək əşyası olaraq, Sparkling Hearts boyunbağısını hesab etmək olar. Eyni motivlər mürəkkəb mozaik inkrustasiya ilə Geometry of Time saat seriyasında da var. Çəhrayı qızılın fonunda əlvan daşlar və brilyantlar usta zərgərlər tərəfindən elə düzülüb ki, ilk baxışda nəfis rəsmi xatırladır.