Ayaq üçün bəzək dəbi

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 5 145
Bölmə: Moda / Aksesuarlar
Səs ver:
(səs: 3)
Boyun, qulaq, qollar və barmaqlardan başqa, ayaqlar üçün də bəzək əşyaları mövcuddur. Ayaqlar üçün nəzərdə tutulmuş bəzək əşyaları - zəncirlər topuğun yuxarı hissəsinə bağlanır və ona xalxal deyilir.
 
Etnik mədəniyyətlərin moda dünyasına əks olunması ilə bir çox detal trend olmağa başladı. 70-ci illərin hədiyyəsi bohem tərzinin sevilən detallarından biri olan xalxal yaz-yay mövsümündə ən diqqətçəkən aksessuardan biri olacaq.
Belə növ bəzək əşyaları, bu yaxınlarda populyar olduqdan sonra modapərəstlər, xüsusilə, dünya məşhurları ona biganə qala bilmir. Bir çox stil ikonaları xalxalı böyük həvəslə istifadə etməyə başlayıb. Əslində, ayaq zəncirləri qolbağın təkmilləşdirilmiş versiyasıdır. Belə zəncirlər ayağı daha seksual göstərir. Xalxallar əsasən nazik zəncirdən düzəldilir, amma son vaxtlar onların qalın və muncuqlu modellərinə də rast gəlinir.
 
Xalxal detalı yalnız zərif  paltar və ayaqqabılarla istifadə edilmir. Bu mövsüm xalxalın, xüsusilə idman ayaqqabıları ilə bol-bol istifadə edilməsinin şahid olacağıq. Stiletto, səndəl və ya baletka fərq etmir, xalxal hər növ ayaqqabı modelini müşayiət edəcək.

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri